Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:30

FHN Bakı bulvarında intihar cəhdi ilə bağlı məlumat yayıb


Dənizkənarı Milli Park
Dənizkənarı Milli Park
Fövqəladə Hallar Nazirliyi ötən gün axşam saatlarında Dənizkənarı Milli Parkın ərazisində intihar cəhdi ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətinin yaydığı məlumata görə, Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Parkın ərazisində 1 nəfər qadın intihar etmək məqsədilə özünü dənizə atıb.

Dərhal FHN-nin müvafiq qurumlarının xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, qadını xilas etmək üçün 1 nəfər kişi özünü dənizə atıb, nəticədə hər ikisi batmaq təhlükəsi ilə üzləşiblər.

Zərərçəkmişlər FHN-in dalğıc-xilasediciləri tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil veriliblər.
XS
SM
MD
LG