Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:31

Azərbaycan iqtisadiyyatı tempdən düşür


Foto: Arxiv
Foto: Arxiv
-
Beynəlxalq Valyuta Fondunun «Dünya İqtisadiyyatına Baxış 2014» (World Economic Outlook-2014) adlı hesabatı açıqlanıb.

Hesabatda dünya ölkələrinin və regionlarının iqtisadi inkişafı və bu inkişafın perspektivləri araşdırılıb.

BFV-nin hesabatında Müstəqil Dövlətlər Birliyinə (MDB) və bu birliyə daxil olan ölkələrə xüsusi fəsil ayrılıb.

Sənəddə bildirilir ki, siyasi gərginliklər və siyasi qeyri-müəyyənlik bu ölkələrdəki iqtisadi artım göstəricilərində dərin iz buraxıb.

Hesabatın proqnozuna görə, yaxın gələcəkdə MDB-nin Avropa hissəsində iqtisadiyyatlar zəif olaraq qalacaq. Bu ilk növbədə Rusiya, Ukrayna və Belarusa aiddir.
Hesabata görə, Cənubi Qafqazda – Ermənistan və Gürcüstanda iqtisadiyyatın müəyyən dirçəlişi gözlənilir.

Proqnozlara görə, Gürcüstanda inflyasiya 2015-ci il üçün göstərilmiş hədəf civarında – 5 faiz həddində olacaq.

Azərbaycanda Ümumi Daxili Məhsulun artım tempi ötən ildən azalmağa başlayıb davam edir. Artım 2013-cü ildə 5.8 faiz idisə, hazırda 5 faizdir. 2015-ci ildə 4.6 faizə enəcəyi ehtimal olunur.

ÜDM göstəriciləri Gürcüstanda dəyişməz olaraq qalacaq, lakin Ermənistanda bu rəqəmin artacağı proqnozlaşdırılıb.
XS
SM
MD
LG