Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:37

Avtobus yük maşını ilə toqquşdu: 1 ölü, 25 yaralı


-
Sumqayıtda sərnişin avtobusu ilə yük maşının toqquşması 1 nəfərin ölümünə, 25 nəfərin yaralanmasına səbəb olub.

Sumqayıt şəhər Polis İdarəsindən AzadlıqRadiosuna bildirilib ki, hadisə aprelin 8-i saat 17 radələrində Sumqayıt Texnologiya Parkının yaxınlığında baş verib.

3 saylı xətt üzrə hərəkət edən «Daewoo» markalı sərnişin avtobusu «Shackman» markalı yük avtomobili ilə toqquşub.

Sumqayıt şəhər Xəstəxanasının travmatologiya şöbəsindən AzadlıqRadiosuna bildirildiyinə görə, xəstələrin əksəriyyətinin vəziyyəti ağırdır. Avtobusun sürücüsü Ramiz Muradov xəstəxanada keçinib.
XS
SM
MD
LG