Keçid linkləri

Təcili xəbərlər
2021, 25 Sentyabr, şənbə, Bakı vaxtı 00:30

2 uşağını 28 min dollara satan ata-ana tutulub


-
Moskva polisi öz uşaqlarını satmaq istəyən ər-arvadı tutub. Həmin ailə Özbəkistandandır.

İstintaq Komitəsinin sözçüsü aprelin 8-də jurnalistlərə deyib ki, bu ailə özünün 18 aylıq oğlunu və yenicə anadan olmuş qızını 1 milyon rubla, yəni təxminən 28 min dollara satmaq istəyib.

Bu ər-arvad aprelin 7-dfə Vidnoyedə həbs olunub. Onları 10 iləcən həbs cəzası gözləyə bilər.

Bu, son aylar öz uşağını satmaq istəyən ilk özbək qadın deyil. Fevral ayında da Rusiyanın Sankt Peterburq şəhərində 2 özbək qadın həbs olunmuşdu.

Onlar yenicə anadan olmuş uşağı 80 min rubla, yəni 2 min 250 dollara satmışdılar. Ancaq “alıcı” xüsusi əməliyyat həyata keçirən polis zabiti çıxdı.
XS
SM
MD
LG