Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:20

Qaraçuxurda qaz sızması barədə rəsmi açıqlama



ARDNŞ Qaraçuxurda qazpaylayıcı şəbəkədə xətlərin yoxlanılması zamanı yaranan problemlə bağlı məsələyə münasibət bildirib.

Qurum bildirir ki, «Qaz İxrac» İdarəsinin Abşeron Magistral Qaz Kəmərləri Sahəsinin Qaraçuxur qəsəbəsində yerləşən qazpaylayıcı stansiyasında rekonstruksiya və torpağın rekultivasiyası işləri aparılıb. Ərazi SSRİ vaxtından yerin altında qalmış boru hissələri və dəmir qırıntılarından təmizlənib.

Bu zaman yerin altında çoxdan qalmış köhnə odarant qabı üzə çıxıb və onun içində olan odarant qalıqlarının iyi ətrafa yayılıb. «Bu, əhali arasında qısamüddətli təşviş yaratsa da, görülmüş operativ tədbirlər nəticəsində insident aradan qaldırılıb», ARDNŞ bildirir.
XS
SM
MD
LG