Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:02

“Yol polisi haqqında” qanun “Polis haqqında qanun”la uyğunlaşdırılır


-
Bundan sonra nəqiyyat vasitəsinin qanunsuz ələ keçirilməsi və ya sürücünün cinayət törətməkdə şübhəli bilinməsi barədə dəqiq məlumat olduqda yol polisi onu təqib edə bilər. Yol polisinin nəqliyyat vasitəsini dayandırılmasına başqa imkan olmadıqda məcburi dayandırma vasitələrindən istifadə edə bilər.

Trend-in yazdığına görə, bu günlərdə Milli Məclisdə “Yol hərəkəti haqqında" qanununa belə bir dəyişiklik layihəsi müzakirəyə çıxarılacaq.

Cinayət və Mülki Prosessual Məcəllələrin kommentariyası kitablarının müəllifi Ərşad Hüseynovun AzadlıqRadiosuna dediyinə görə, əslində dəyişiklik kimi təqdim olunan məsələ indiyə qədər “Polis haqqında” qanunda mövcud olub.

“İndi “Yol polisi haqqında” qanun “Polis haqqında” qanuna uyğunlaşdırılır. Belə ki, 1999-cu ildə qəbul edimiş “Polis haqqında” qanunun “yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində polis əməkdaşlarının hüquqları” (20-ci maddə) maddəsinin 9-cu bəndində polisin avtomobili təqib etmək hüququnun olduğu göstərilir. Sadəcə bu məsələ “Yol hərəkəti haqqında” qanuna yarımçıq idi. İndi gpörünür o səhvlərini düzəldirlər”.
XS
SM
MD
LG