Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:36

AŞ-nın Azərbaycana yeni təyin olunan xüsusi nümayəndəsi Bakıya gəlib



Avropa Şurası baş katibinin Azərbaycana yeni təyin olunan xüsusi nümayəndəsi, xanım Dragana Filipovic Bakıya gəlib.

Bu barədə APA-ya Avropa Şurasının Bakı ofisindən məlumat verilib. D. Filipovic artıq vəzifəsinin icrasına başlayıb.

D. Filipovic Belqradda anadan olub. Diplomatik karyerasına 1988-ci ildə başlayıb, BMT-də çalışıb. 2001-ci ildə Serbiyanın ABŞ-dakı səfirliyində işləyib. Serbiyanın Avropa Şurasında daimi nümayəndəsi olub.

AŞ baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Konstantin Yerokostopulos təqaüdə çıxıb və 2012-ci ilin avqustunda Bakını tərk edib.
XS
SM
MD
LG