Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:41

Azərbaycanda əsgəri həlak olub, komandir müavini yaralanıb


Arxiv foto
Arxiv foto

Aprelin 6-da Azərbaycanla Ermənistan arasında təmas xəttində yerləşən hərbi hissələrdən birində Azərbaycan əsgərlərindən biri öldürülüb, hərbi hissə komandirinin müavini yaralanıb. Müdafiə Nazirliyindən verilən rəsmi məlumata görə hadisə əsgər Seymur Gərəkməzlinin öz silahı ilə ehtiyatsız davranmasına görə baş verib.

Nazirliyin rəsmi məlumatına əsgər İntiqam İsmayılov aldığı yaradan hadisə yerində keçinib. Komandir müavini Ramin Əliyev isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Nazirlik hadisəni ətraflı araşdırmaq üçün cinayət işi açıldığını bildirir.
XS
SM
MD
LG