Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:45

Ruanda soyqırımının 20 illiyidir


Ruandada soyqırım muzeyi
Ruandada soyqırım muzeyi
Ruanda 1994-cü il soyqırımının 20 illiyini qeyd edir. Rəsmi anım mərasimləri bir həftə davam edəcək.

Ruanda prezidenti Paul Kagame və BMT Baş katibi Ban Ki-moon birlikdə alov yandırıblar və alov 100 davam edəcək. Ruandada soyqırım məhz 100 gün olub.

Həmin vaxt, əksəriyyəti tutsi milli azlığından olan 800 min ruandalı öldürülüb. Onları hutu ekstremistləri qırıb. Hutular Ruandada milli çoxluqdur.

Qırğınlar 1994-cü il aprelin 6-da başlanmışdı. O vaxt hutulardan olan prezident Habyarimananın təyyarəsi Kigali şəhərinin üzərində vuruldu və hutular bunda tutsiləri günahlandırdı.
XS
SM
MD
LG