Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:01

Yeni bulvar salınır


-
Dəniz Vağzalından Zığ istiqamətində 3 kilometr məsafədə - Nobel prospektinin başlanğıcındakı ərazidə yeni bulvar salınır.

Bakı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov AzadlıqRadiosuna deyib ki, Ağ Şəhər ərazisində olduğu üçün təxmini adı Ağ Şəhər Bulvarı adlanan yeni bulvardakı işlərin təxminən 50 faizi görülüb. Hazırda sahilboyu bəndatma işləri, sürahi daşlarının qurulması, gəzinti üçün olan xətdə tamet daşlarının vurulması, yaşıllıqların salınması, yeraltı sanitar qovşaqlarının tikilməsi işləri gedir.
Gözlə
Embed

No media source currently available

0:00 0:00:48 0:00
Direct-ə keçid


2015-ci ilin yayına qədər həmin istiqamətdə daha 3 km istifadəyə veriləcək.

Hazırda Bibiheybətə istiqamətində də yeni bulvar ərazisi inşa olunur.

Ümumilikdə 2015-ci ildə Bakı Bulvarının uzunluğu 15 kilometrə çatacaq.
XS
SM
MD
LG