Keçid linkləri

Təcili xəbərlər
2021, 24 Sentyabr, Cümə, Bakı vaxtı 04:44

«Hicab aksiyası»na görə tutulanlardan ikisi buraxılıb


Dindarların aksiyası, 5 oktyabr 2012
-
«Hicab aksiyası»na görə həbs olunanlardan ikisi cəza müddəti bitdiyi üçün aprelin 5-də azadlığa çıxıb.

Bu barədə islamazeri.az saytı məlumat yayıb.

2012-ci il oktyabrın 5-də Təhsil Nazirliyinin qarşısında bir qrup dindar orta məktəblərdə şagirdlərin hicab taxmasına məhdudiyyət qoyulmasına etiraz aksiyası keçirməyə cəhd edib. Aksiyaçılarla polis arasında qarşıdurmada olub. 31 nəfər həbs edilib.

Tutulanların hamısı Cinayət Məcəlləsinin 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə təqsirli bilinib.
XS
SM
MD
LG