Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:59

Ukrayna Rusiyanın dediyi qiymətə qaz istəmir


Arseniy Yatsenyuk
Arseniy Yatsenyuk
-
Ukraynanın baş naziri Arseniy Yatsenyuk bəyan edib ki, Kiyev Rusiya qazının 1000 kubmetrinin qiymətinin 485 dollara qaldırılmasını qəbuledilməz sayır. Ukrayna 268 dollar ödəməyə razıdır.

Ukraynanın energetika naziri Yury Prodan deyib ki, Rusiya ilə razılıq əldə olunmasa, Kiyev Stokholm Arbitraj Məhkəməsinə müraciət etmək niyyətindədir.

2010-cu ildə Ukrayna ilə Rusiya arasında imzalanmış Xarkov razılaşmasına əsasən, Krımda Rusiya hərbi donanmasının saxlanması müqabilində Moskva Ukraynaya satdığı qazın qiymətinə 100 dollar endirim edirdi.

Krımın ilhaqından sonra Rusiya belə bir öhdəliyinin olmadığını bildirib.
XS
SM
MD
LG