Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:58

«APA Holdinq»in saytlarına haker hücumu olub


-
apa-nın yaydığı məlumata görə, haker hücumları aprelin 4-dən başlayıb. Agentlik bildirir ki, holdinqə məxsus saytlara girişdə oxucuların müəyyən fasilələrlə üzləşmələri məhz bu hücumlarla bağlıdır.

Holdinqin İnformasiya Texnologiyaları Departamentinin məlumatına görə, hazırda quruma məxsus serverlərə saniyədə 4 Gb gücündə hücum olunur.

Mütəxəssislərin bildirdiyinə görə, bu cür haker hücumu «həvəskar nümayişi» ola bilməz.

«Bunun üçün güclü trafikdən istifadə edilməli və xeyli pul xərclənməlidir» - deyə məlumatda bildirilir.
XS
SM
MD
LG