Keçid linkləri

2017, 21 İyul, Cümə, Bakı vaxtı 16:52

Qarabağ müharibəsi əlillərinə avtomobillər verilib


«NAZ-Lifan»
-
Aprelin 4-də 100 nəfər müharibə əlilinə Naxçıvan istehsal olan «NAZ-Lifan» markalı minik avtomobilləri verilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Avtomobil alanlardan 95 nəfəri Qarabağ müharibəsi, 5-i isə 20 Yanvar əlilidir.

Nazirlik bildirir ki, indiyədək müharibə əlillərinə 3 min 906 avtomobil verilib.

Büdcə vəsaiti hesabatına növbədə dayanan daha 700 nəfərə yaxın Qarabağ əlilinə bu il avtomobil veriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG