Keçid linkləri

2017, 25 May, Cümə axşamı, Bakı vaxtı 03:40

Saakashvilinin yaxın silahdaşı prokurorluğa ifadə verir


Giga Bokeria
Gürcüstanın keçmiş prezidenti Saakashvilinin yaxın silahdaşı olan Giga Bokeria prokurorluğa ifadə verməyə çağırılıb.

Müxalifətdəki Birləşmiş Milli Hərəkatın katibi və Saakashvili prezident olanda – 2010-2013-cü illərdə Milli Təhlükəsizlik Şurasının katibi olan Bokeria dövlət pullarının xərclənməsi ilə bağlı şahid kimi ifadə verib.

Bokeria ifadə verəndən sonra deyib ki, bu dindirilmə siyasi motivlidir.

Keçən ay prokurorluq Saakashvilini 10 müxtəlif işlə bağlı ifadə verməyə dəvət etmişdi.
Noyabr ayından Gürcüstanı tərk etmiş Saakashvili isə şəxsən prokurorluğa gəlməkdən və ya internetlə ifadə verməkdən imtina edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG