Keçid linkləri

Təcili xəbərlər
2020, 02 Dekabr, çərşənbə, Bakı vaxtı 17:37

Zhirinovski Rusiyada McDonald's restoranlarının hamısını bağlamağa çağırır


Moskvada McDonald`s restoranı
Rusiyanın ultramillətçi siyasətçisi Zhirinovski Rusiyada McDonald’s yeməkxanalarının hamısını bağlamağa çağırıb.

Onun çağırışına səbəb McDonald’sın Krımda bütün fəaliyyətini dayandırması olub.

Zhirinovski deyib ki, bu yaxşı xəbərdir, ardınca bütün Rusiyada da McDonald’sın bütün restoranları bağlanmalıdır.

Liberal Demokratik Partiyanın sədri olan Zhirinovski deyib ki, partiya üzvlərinə McDonald’s restoranlarını piket etmək tapşırığı verib.

O deyib ki, McDonald’sdan sonra Pepsi-Colaya keçmək lazımdır.
XS
SM
MD
LG