Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 10:42
-
İstefa Konstitusiya məhkəməsinin mübahisəli pensiya islahatı ilə bağlı çıxardığı qərardan sonra baş verib. Məhkəmənin qərarına görə, Sargsyan hökumətinin əsas prioritetlərindən olan icbari pensiya islahatları qeyri-konstitusion hesab olunub və dəyişdirilməsi lazım bilinib.

Sargsyan öz istefası ilə bağlı cümə axşamı aparıcı Respublika partiyasına müraciət edib. Partiyanın mətbuat xidmətindən bildirilib ki, baş nazirin istefası qəbul olunub.

Konstitusiya məhkəməsi bu ilin yanvarında yeni pensiya islahatlarının tətbiqinin müvəqqəti dayandırılması barədə qərar vermişdi. Buna səbəb yüzlərlə etirazçının Yerevan küçələrinə çıxması olmuşdu.

Sargsyan 2008-ci ilin aprelindən baş nazir vəzifəsini yerinə yetirirdi. Bu vəzifəyə yeni təyin olunacaq nazirin adı 10 gün ərzində elan olunmalıdır.
XS
SM
MD
LG