Keçid linkləri

2017, 25 May, Cümə axşamı, Bakı vaxtı 03:51

Qubada Hacı Cəfər məscidi təmir olunacaq


Şeyxülislam Allahşükür Paşazadə
-
«Azərbaycanda yeni-yeni məscidlər tikilir, təmir olunur. Sinaqoq və kilsələrin tikintisi də ön plandadır».

Bunları aprelin 3-də Qubada Heydər Əliyev Mərkəzində dini icma nümayəndələrinin iştirakı ilə keçirilən zona müşavirəsində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə deyib.

Şeyxülislam bildirib ki, Azərbaycan müsəlmanları başqa dinlərin nümayəndələri ilə normal münasibətdədir. Bununla belə bəzi qüvvələr ölkədə qarışıqlıq salmaq niyyətindən əl çəkmir:

«Ermənistan müsəlman dövlətlərinin əli ilə Azərbaycanda təxribatlar törətmək istəyir. Ancaq məqsədlərinə çata bilməyəcəklər».

Zona müşavirəsinə bölgənin dini icmalarının təmsilçiləri qatılıblar.

Allahşükür Paşazadə Qubadakı Hacı Cəfər məscidinə də baş çəkib və buranın təmirinə 10 min manat ayırıb.
XS
SM
MD
LG