Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:07

Rusiyada abortların dayandırılması Azərbaycanlı miqrantların ziyanına ola bilər


Patriarx Kirill
Patriarx Kirill
-
«Rusiyada abortlar dayandırılsa, qastarbayterlərə ehtiyac qalmaz».

Interfax-ın yazdığına görə, bunu Moskva və bütün Rusiyanın patriarxı Kirill deyib.
Çoxuşaqlı ailələrlə görüşdə patriarx qeyd edib ki, kilsə təkcə anaları öz övladlarını saxlamağa çağırmalı deyil, həm də uşaqları saxlamaq üçün onlara yardım etməlidir:

«Deyirlər ki, bizdə əhali çatışmır və işçi qüvvəsi kimi başqa ölkələrdən, başqa mədəniyyətlərdən çoxsaylı adamlar gətirilməlidir. Mən isə deyirəm ki, biz abortları iki-üç dəfə azaltsaq, bir müddət sonra Rusiyaya kənardan qastarbayterlərin gəlməsinə ehtiyac olmayacaq».

O əlavə edib ki, nə vaxt ölkədə uşaqlar xristian inancına uyğun tərbiyə olunacaq, onda Rusiyada boşanmalar da olmayacaq.
XS
SM
MD
LG