Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:37

İlham Əliyev Tacikistana dəvət edilib


-
Prezident İlham Əliyev aprelin 3-də Tacikistanın xarici işlər naziri Sirociddin Aslovu qəbul edib. Bu barədə prezidentin rəsmi internet saytı məlumat yayıb.

Dövlət başçısı bu səfərin iki ölkə arasında gələcək əlaqələrin inkişafı baxımından önəmli bir səfər olduğunu deyib. Tacikistanlı nazir prezident Emomali Rahmon adından Taciksitana dəvət məktubunu İlham Əliyevə təqdim edib.

Görüşdə Azərbaycanla Tacikistan arasında əməkdaşlıq üçün yaxşı hüquqi bazanın mövcudluğu vurğulanıb. Müxtəlif sahələrdə, o cümlədən iqtisadi, ticarət, sənaye, sərmayə qoyuluşu və digər sahələrdə əlaqələrinin genişləndirilməsi üçün böyük imkanların olduğu bildirilib.
XS
SM
MD
LG