Keçid linkləri

Təcili xəbərlər
2021, 13 May, Cümə axşamı, Bakı vaxtı 07:40

Türkiyənin Konstitusiya Məhkəməsi “Twitter”lə bağlı qərar çıxarıb


-
Türkiyənin Konstitusiya Məhkəməsi “Twitter” sosial şəbəkəsinin bağlanmasına etirazla bağlı 3 müraciətə baxıb.

“Hürriyet” qəzetinin yazdığına görə, Konstitusiya Məhkəməsi sosial şəbəkənin bağlanmasını istifadəçilərin ifadə azadlıqlarının pozulması kimi qiymətləndirib.

Məhkəmə istifadəçilərin hüquqlarının dərhal bərpa edilməsi barədə qərarı müvafiq qurumlara göndərib.

AKP hökuməti hökumət üzvlərinin səs kasetlərinin “Twitter” sosial şəbəkəsində yayılmasının qarşısını almaq üçün İnformasiya və Rabitə Qurumuna müraciət edərək ölkədə “Twitter” sosial şəbəkəyə girişi bağlatdırıb.
XS
SM
MD
LG