Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:03

Azərbaycan güləşçisi Avropa çempionu oldu


-
Finlandiyanın Vantaa şəhərində sərbəst güləş üzrə Avropa çempionatı keçirilir.

APA-nın məlumatına görə, çempionatın ikinci günündə Azərbaycan təmsilçisi Hacı Əliyev (61 kg) qızıl medal qazanıb.

O, 1/8 finalda Aleksandr Semisorovu (Almaniya), 1/4 finalda gürcüstanlı Beka Lomtadzeni, yarımfinalda Ukrayna güləşçisi Vasil Shuptarı üstələyib.

Finalda Hacı Əliyevin rəqibili Rusiya təmsilçisi Bekkhan Goygeryev olub. 12-5 hesabı ilə rəqibinə qalib gələn idmançımız Avropa çempionu adına layiq görülüb.
XS
SM
MD
LG