Keçid linkləri

2017, 26 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:29

Bəzi tikinti şirkətləri ilə bağlı istintaq yekunlaşıb


-
“Şaiq”, “Stil-Tikinti” və “Universal Servis” MTK-larda qanun pozuntuları ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında deyilir ki, “aparılmış istintaqla sübuta yetirilib ki, MTK-larda müxtəlif vəzifələrdə işləyən səlahiyyətli şəxs həmin kooperativlərin Xətai rayonu ərazisində inşa etdiyi yaşayış binalarının sakinlərindən mənzillərində peyk antenaları quraşdırılacağı adı altında yalandan vəd verib. Ümumilikdə 19 min 178 manat məbləğində vəsaiti alıb ələ keçirib”.

Məlumata görə, vəzifəli şəxs həmin MTK-ların inşa etdiyi yaşayış binalarından 36 mənzili ayrı-ayrı şəxslərə satmaqla ümumilikdə 1 milyon 566 min 511 manat məbləğində özgənin külli miqdarda əmlakını mənimsəyib.

İstintaq dövründə 1 milyon 360 min 689 manat məbləğində ziyanın ödətdirilməsi təmin olunub.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG