Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:49

«Nə səlahiyyət var, nə pul»


Vüqar Tofiqli
Vüqar Tofiqli
-
Bu ilin dekabrında Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Hələlik, nə əhali, nə də siyasi partiyalar arasında qarşıdakı seçkinin təsiri hiss olunmur.

Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının eksperti Vüqar Tofiqli deyir ki, bu sönüklük bələdiyyələrin yetərli səlahiyyətinin və sakinlərin problemlərini çözmək imkanlarının olmamasından doğur:

«Bələdiyyələr əhalinin problemlərini həll etmək iqtidarında deyilsə, ondan hər hansı iş, irəliləyiş gözləmək mümkün deyil».

Bələdiyyə üzrə bir başqa ekspert – Abil Bayramov bələdiyyələrin yerli hakimiyyət orqanı kimi real statusa malik olmamasını onların fəaliyyətinə əsas maneə sayır:

«Bələdiyyələrin səlahiyyətləri də, maliyyə imkanları da məhduddur. Bu üzdən onlar əhaliyə keyfiyyətli ictimai xidmət göstərmək imkanında deyillər. Əhali də bələdiyyələrdən keyfiyyətli ictimai xidmətlər ala bilmədiyinə görə bu seçkilərə yetərli maraq göstərmir. Seçkilərə marağın az olması ilk növbədə bununla bağlıdır».

Ekspertin fikrincə, nə qədər ki, yerli özünüidarə sahəsində seçki islahatları həyata keçirilməyib, bələdiyyələrə tam və müstəsna səlahiyyətlər, dayanıqlı maliyyə mənbələri verilməyib, vəziyyət belə olacaq.

«BƏLƏDİYYƏ BİZİM ÜÇÜN NƏ EDİR Kİ?»

AzadlıqRadiosu əməkdaşının qısa sorğusunu cavablayan bir qrup Bakı sakini bu il bələdiyyə seçkilərinin keçiriləcəyindən xəbərsiz olduqlarını və bələdiyyələrin onların heç bir problemini çözmədiyini bildirir:
Qubada Hacıhüseynli kənd bələdiyyəsi
Qubada Hacıhüseynli kənd bələdiyyəsi
– Mən öz bələdiyyəm haqqında heç nə bilmirəm.

– Heç harada yerləşdiyini də bilmirəm...

– Bilirəm ki, bələdiyyə adamlarla sıx işləməlidir, ancaq elə deyil. Nə adını, nə soyadını bilirik. Heç üzünü də görməmişik.

– Bələdiyyənin bizə nə xeyri var ki? Heç vaxt da müraciət etməmişəm. Heç müraciət etməyin də xeyri yoxdur.

– Onlar özləri üçün işləyirlər...

– Bilirəm ki, nəsə torpaq işinə baxırlar.

– Vətəndaş bələdiyyədən düzgün işləməyi gözləməlidir. Baxır də... kimin işini düzgün aparırlar, kiminsə yox.

SİYASİ PARTİYALAR DA QƏRARSIZDIR

Gözəl Bayramlı
Gözəl Bayramlı
Siyasi partiyalar, hələlik, bələdiyyə seçkilərinə qatılmaqla bağlı qərar verməyib.

AXCP sədrinin müavini Gözəl Bayramlı deyir ki, bu məsələ partiyanın Ali Məclisində müzakirə olunacaq. Bundan başqa, Milli Şuranın tərkibində fəaliyyət göstərən partiya kimi, AXCP-nin qərarına həmin Şuranın da qərarı təsir göstərəcək:

«İstənilən halda bu məsələ partiyanın Ali Məclisində müzakirə olunacaq. Müzakirə olunandan sonra hazırlıqla bağlı heç bir problem yoxdur. İstənilən halda biz partiya olaraq təşkilati işləri daim davam etdiririk. Rayon şöbələrində bu istiqamətdə müzakirələrə başlanılıb. Yekun qərar partiyanın Ali Məclisində veriləcək. Bundan sonra intensiv hazırlıq başlanacaq».

AXCP Ali Məclisi toplantısının yaxın vaxtlarda keçirilməsi planlaşdırılır.

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı deyir ki, bu siyasi qurum bələdiyyə seçkilərində iştirakla bağlı hələ qərar verməyib:
Gülağa Aslanlı
Gülağa Aslanlı

«Seçki komissiyalarının paritet əsasda çalışmasını, namizədlər üçün bərabər seçki mühiti yaradılmasını təmin edərlərsə, bələdiyyələrin statusunun artırılması haqqında qanun olarsa, böyük şəhər bələdiyyələri yaradarlarsa, bu şəhər bələdiyyələrinə sədr seçkilərinin birbaşa keçirilməsini təmin edərlərsə, onda Müsavat Partiyası belə bir seçkidə partiya şəklində iştirak etməyi düşünür. Yox, heç bir dəyişiklik olmayacaqsa, hələlik, Müsavat Partiyası bu məsələni rayon təşkilatları ilə müzakirə edib müzakirədən sonra qərar vermək fikrindədir».

«YAP 2014-cü ildə keçiriləcək bələdiyyə seçkilərində, ən azı, ötən bələdiyyə seçkilərindəki nəticələri təkrarlamalı, daha uğurlu nəticə ortaya qoymağa çalışmalıdır». – bunu YAP-ın rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsindəki çıxışında partiyanın icra katibi Əli Əhmədov deyib.

Azərbaycanda ilk dəfə bələdiyyə seçkiləri 1999-cu ilin dekabrında keçirilib. Sonuncu bələdiyyə seçkiləri 2009-cu il dekabrın 23-də olub.
XS
SM
MD
LG