Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:10

Timoshenko 70 minədək məhbusa amnistiya təklif edib


Yulia Timoshenko
Yulia Timoshenko
Ukraynanın keçmiş baş naziri Yuliya Timoshenkonun Batkivshina partiyası ölkədə geniş amnistiya fərmanı verilməsini təklif edib.Partiyanın lideri Tymoshenko çərşənbə axşamı Kiyevdə jurnalistlərlə söhbət zamanı bu yəklifin gələn həftə parlamentdə müzakirəyə çıxarılacağını bildirib.Onun sözlərinə görə bu amnistiya 70 minədək məhbusa şamil oluna bilər.

Timoshenko minlərlə günahsız kiçik və orta iş adamı, sahibkarın keçmiş rejimi dəstəkləmədiyinə görə, həbsxanaya atıldıqlarını deyir.

7 illik həbs cəzasına məhkum edilmiş Timoshenkonun özü keçmiş prezident Viktor Yanukovychin devrilməsindən sonra- fevralın sonlarında azadlığa çıxıb.

O mayın 25-də nəzərdə tutulan seçkilərdə prezidentliyə real namizəd hesab olunur.
XS
SM
MD
LG