Keçid linkləri

2017, 28 İyul, Cümə, Bakı vaxtı 13:11

NATO-nun xarici işlər nazirləri Ukrayna böhranını müzakirə edəcəklər


-
Çərşənbə axşamı NATO-nun xarici işlər nazirləri Ukraynadakı durumu müzakirə edəcəklər. Brüsseldə keçiriləcək görüş Rusiyanın Krımı anneksiyasından sonra birinci toplantıdır.

NATO Ukraynaya hərbi müdaxilə istisna edir, ancaq Şərqi Avropadakı NATO üzvlərinə açıq dəstək ifadə etməyib. Birləşmiş Ştatlar müntəzəm keşikçi təyyarələri üçün əlavə hərbi təyyarələr göndərib.

Diplomatların sözlərinə görə, NATO-nun xarici işlər nazirləri hərbi təlimlərin artırılması, Şərq qonşularına daha çox qüvvə göndərməyi müzakirə edəcəklər.

Nazirlər NATO-nun Rusiya ilə əməkdaşlığına da baxacaqlar. Ancaq onların hansısa tədbirləri elan edəcəyi bəlli deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG