Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:57

«İlham Əliyev-Alternativsizlik fenomeni»


İlham Əliyev
İlham Əliyev
- Aprelin 1-də Azərbaycan mediası nədən yazır? AzadlıqRadiosu qəzetlərdə və internet resurslarında dərc olunan ən maraqlı yazıarın qısa xülasəsini təqdim edir

TÜRKİYƏ – “SOYUQ MÜHARİBƏ” DAVAM EDİR


“Zerkalo” qəzetində Rauf Mirqədirov Türkiyədəki bələdiyyə seçkisindən yazır:
Tayyip Erdogan
Tayyip Erdogan
“Erdogan-ın qələbəsini sonuncu hesab etmək olmaz. Bir şey aydındır: o, islamçıların vahid namizədi olmağa çalışır. Ancaq... çox şey millətçilərin mövqeyindən asılıdır. Əgər respublikaçılar və millətçilər ümumi dil tapıb vahid namizəd ətrafında birləşə bilsələr, prezident seçkilərində Erdogan üçün çox çətin olacaq”.

QRENLANDİYADAN QAYITMAQ

“Yeni Müsavat” qəzetində Zamin Hacı yazır:

“İstəsəniz bir eksperiment aparın. Məhəllədə domino, nərd oynayan ağsaqqallara yaxınlaşın, qulaq asın. Onlar Krım böhranından, Putinin sevgilisindən, nə bilim, Obamanın dovşan saxlamasından danışırlar. Qrenlandiyada buzun əriməsinə etiraz edirlər. Banqladeşdə müsəlmanların başına qurbağa yağmasını qınayırlar. Və sairə. Söhbətin şirin yerində cibinizdən bir vərəq çıxardın və deyin: “Ey ağsaqqallar, yəqin xəbəriniz vardır, uçaskovı Ağobba yazıq Güləndam arvadın yetim oğlu Şirbalanı şərləyib, cibinə nəşə atıb tutdurmaq istəyir, buna etiraz məktubu hazırlayıb nazirə göndəririk, gəlin siz də imza atın”.

Əgər ordakı 10 ağsaqqaldan heç olmazsa 2-si “Qrenlandiyadan qayıdıb” vərəqə imza atmağa razı olsa mən xalqımızın parlaq gələcəyinə inanıram”.

İLHAM ƏLİYEV - ALTERNATİVSİZLİK FENOMENİ

“Azadlıq” qəzetində Seymur Həzi yazır:

“Azərbaycanda 100 min manatlıq müalicəyə görə həyatını itirən gənclər günü-gündən artmaqdadır. Qarabağ qazisi özünü yandırır, gənc ailələr 500-600 manata görə dağılır. Ölkədə həkimin, müəllimin oğurluğa, rüşvətə məcbur edildiyi heç kimə sirr deyil. İndi rüşvət almadan müəllim olmaq, həkim işləmək intihara imza atmaq kimi bir şeydir. Çünki həkimə, müəllimə verilən maaş, indiki bazar qiymətlərilə ölməyə də kifayət etmir. Bakıda təkcə qəbir ən ucuz qəbiristanlıqda 300 manatdan başlayan qiymətə satılır. Müəllim, həkim isə bunu iki aylıq maaşı ilə ala bilər. İlham Əliyev həm də ona görə alternativsizdir ki, pulsuzluqdan ölə bilməyən insanlardan 48 milyard dollar oğurlayıb, ölkə xaricinə çıxara bilib. Onun bu qabiliyyəti soyğunçuluğun və biznesin fenomenidir. Bir ölkənin sərvətlərini talamağı öz haqqına çevirmiş ikinci adam tapa bilərikmi ki, onun alternativi də olsun?! İlham Əliyev sözün həqiqi mənasında təkrarsız adamdır və bu ölkədə bir də kiminsə 48 milyard oğurluqla tarixə düşəcəyini gözləmirik. İlham Əliyev bu mənada, tarixi təkrarlardan qoruyan şəxsdir”.

BU YAY AZƏRBAYCANDA QITLIQ OLA BİLƏR

“ANSPRESS” ölkə ərazisində şaxtalı havadan sonra fermerlərin təşvişindən yazır. Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov ANS PRESS-ə bildirib ki, havanın kəskin şəkildə aşağı düşməsi kənd təsərrüfatında müəyyən problemlər yaradacaq. Ekspertin fikrincə, əgər bundan sonra da havanın tempraturu aşağı olarsa, daha da ciddi fəsadlar yaranacaq: “Allah eləməmiş yenə qar yağarsa, bu kənd təsərrüfatının faciəsi ola bilər. Lakin bu dəfəki qarın meyvə istehsalına necə təsir etdiyini bundan sonra aparılacaq müşahidələrdən sonra biləcəyik”.

Lakin Kənd Təsərrüfatı Nazirliyində vəziyyətin elə də ciddi olmadığını bildirirlər. Nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin ANS PRESS-ə verdiyi məlumata görə, qar fermerlərin işinə həm müsbət, həm də mənfi təsir edəcək. Qarın yağması torpaqda münbitliyi, nəmliyi artırır. Bu da taxıl, bostan bitkilərinin inkişafına müsbət təsir edir. Lakin qarın gözlənilmədən, isti havalardan sonra yağması meyvəçiliyə mənfi təsir edir. Murtuzəli Hacıyevin sözlərinə görə, xüsusən də çəyirdəkli meyvələrin, ərik, alça, badam və s. yetişməsinə ziyandır. Hansı ki, erkən çiçəkləyən ağaclar var, onların bar verməsinə mənfi təsir edir.

MÜFLİSLƏŞMƏDƏN FAYDA

“Media Forum” da Bəkir Nərimanoğlu yazır:

“Dünya Bankının hesabatına əsasən, Azərbaycan müflisləşmə indikatoruna görə dünya ölkələri arasında 86-cı yeri tutur. Azərbaycanda müflisləşmə üçün tələb edilən müddət 2.3 il, müflisləşmə xərci isə əmlakın 10 faizi həcmindədir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində isə müflisləşmə üçün tələb edilən müddət 1.7, müflisləşmə xərci əmlakın 9 faizi həcmindədir... Dünyanın əksər ölkəsində müflisləşmə haqqında qanunlar var. Ancaq bəzi ölkələr bu qanunları çox nadir halda tətbiq edir. Bura Azərbaycanı da aid etmək olar. Belə olmasaydı, ölkəmizdə 1997-ci ildə qəbul edilmiş qanun dəfələrlə təkmilləşdirilər, işlək vəziyyətə gətirilərdi”.

“AZƏRBAYCAN PRAQMATİK VƏ EHTİYATLI OLMALIDIR”

“Turan” agentliyi politoloq, deputat Rasim Musabəyovla müsahibə dərc edib.
Rasim Musabəyov
Rasim Musabəyov
Politoloqun fikrincə, Rusiyanın hərbi potensialı ona öz ərazisi xaricində hərbi əməliyyatlar aparmağa imkan vermir və o, öz sərhədləri perimetrində hərbi əməliyyatlar keçirə bilər.
Bu, Azərbaycana qorxu yaradırmı? Belə vəziyyətdə Bakı özünü necə aparmalıdır?
R.Musabəyov bu sualın cavabında deyib: “Ehtiyatlı olmalıdır. Hərbi müdaxiləyə rəvac verməməlidir”.

Bununla yanaşı regional oyunçularla sıx münasibətlər qurulmalıdır: bu, Türkiyə ilə ənənəvi münasibətlər, Gürcüstanla münasibətlərin genişləndirilməsi, İranla əlaqələrin yaxşılaşdırılmasıdır. Qərbə gəlincə, o onsuz da Rusiyanı “cilovlamağa”, qarşısını almağa cəhd göstərir, lakin Rusiya ilə hərbi qarşıdurmaya getməyəcək.

AZƏRBAYCAN NÜVƏ TƏHLÜKƏSİZLİYİ İLƏ BAĞLI BEYNƏLXALQ ƏMƏKDAŞLIĞI VƏ TƏŞƏBBÜSLƏRİ DƏSTƏKLƏYİR


“Azərbaycan” qəzeti: “Prezident İlham Əliyevin martın 24-25-də Niderland Krallığının Haaqa şəhərində keçirilən III Nüvə Təhlükəsizliyi Sammitində iştirakı bir daha təsdiq edir ki, Azərbaycan nüvə təhlükəsizliyinin təmin olunmasında və bu sahədə beynəlxalq əməkdaşlıqda maraqlıdır... Azərbaycan nüvə təhlükəsizliyini təmin edən norma və standartların formalaşdırılması işində Beynəlxalq Atom Enerjisi Agentliyinin oynadığı rolu vacib hesab edir. Ölkəmiz nüvə təhlükəsizliyinin müxtəlif aspektləri ilə bağlı agentliklə uğurlu əməkdaşlıq qurub. Sammitdəki çıxışı zamanı nüvə təhlükəsizliyi tədbirlərinin gücləndirilməsində Beynəlxalq Atom Enerjisi Agentliyinin mühüm rolundan danışan Prezident İlham Əliyev ölkəmizin nüvə təhlükəsizliyinin bir çox aspektləri üzrə bu agentliklə fəal əməkdaşlıq etdiyini və Azərbaycanın iştirakçı dövlət olduğu Nüvə Terrorçuluğuna qarşı Mübarizə üzrə Qlobal Təşəbbüsün nüvə təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində Birləşmiş Millətlər Təşkilatının göstərdiyi səyləri dəstəklədiyini, bu yaxınlarda Azərbaycanın nüvə, kimyəvi və bioloji silahların və onların çatdırılma vasitələrinin yayılmaması sahəsində gördüyü növbəti tədbirlər haqqında yeni hesabatını Birləşmiş Millətlər Təşkilatına təqdim etdiyini diqqətə çatdırıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG