Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:10

Rusiya qoşunlarını Ukrayna sərhədindən qismən geri çəkir


-
Rusiya elan edib ki, Ukraynanın şərq sərhədinə yaxın ərazidə topladığı qoşunların bir hissəsini geri çəkir.

Almaniya hökumətindən bildiriblər ki, Rusiya prezidenti Vladimir Putin bunu Almaniya kansleri Angela Merkellə telefon söhbətində bildirib.

Rusiyanın Müdafiə Nazirliyi öz açıqlamasında bildirib ki, “təlimlərdən sonra” motoatıcı batalyonu Rostov vilayətinin cənubundan çıxarmağa başlayıb.

Amma nə qədər əsgərin geri çəkildiyi açıqlanmır.

Bu, 300-1200 nəfər arası ola bilər.

ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki deyib ki, əgər məlumat təsdiqlənərsə, bu, “ilkin addım kimi alqışlana bilər”.

Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier Rusiyanın açıqlamasını alqışlayaraq bildirib ki, bu, “vəziyyətin yaxşılaşmağa doğru getdiyinə işarə edən kiçik siqnal” sayıla bilər.

Rusiya axır həftələrdə Ukrayna sərhədinə minlərlə əsgər və çoxlu texnika toplayıb.

Bu, rus qoşunlarının Krımın ardınca Ukraynanın şərq bölgələrinə girə biləcəyi qorxusu yaradıb.

Kremldən verilən məlumata görə, Rusiya prezidenti Putin Merkelə Ukraynada bütün bölgələrin vətəndaşlarını müdafiə edəcək Konstitusiya islahatının aparılmasının vacibliyini də çatdırıb.

Merkelin sözçüsü deyib ki, iki lider həm Ukraynada, həm də Moldovanın separatçı Dnestryanı regionunda vəziyyəti stabilləşdirməyin yollarını müzakirə ediblər.

Kremldən isə deyiblər ki, Putin Dnestryanının “blokadasına son qoymağın zəruriliyini” qeyd edib.

Bundan əvvəl Putin Dnestryanı ilə bağlı eyni fikri ABŞ prezidenti Barak Obama ilə telefon söhbəti zamanı da dilə gətirib.

Moldova və ABŞ bunu rədd edirlər.
XS
SM
MD
LG