Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 04:34
Rusiyanın baş naziri Dimitry Medvedev böyük nümayəndə heyəti ilə Simferopola gedib və Krımn sosial-iqtisadi inkişafla bağlı iclas keçirib.

O bildirib ki, Rusiyanın bank sistemi tezliklə Krımda işə düşməli və hərbçilər Rusiya səviyyəsində maaş almalıdır.Medvedev qeyd edib ki, krımlılar yarmadanın Rusiyaya birləşdirilməsindən yalnız qazanmalıdır.

Qeyd edək ki, bu Krımın Rusiyaya birləşdirilməsindən sonra Rusiya nümayəndə heyətinin belə geniş tərkibdə yarmadaya ilk səfəridir.

ABŞ və Avropa Birliyi də daxil olmaqla əksər dünya ölkəsi Krımın Rusiyaya birləşdirilməsini tanımır. Və bu günlərdə BMT-nin Baş Assambleyasında müvafiq qətnamə qəbul edilib.
XS
SM
MD
LG