Keçid linkləri

Təcili xəbərlər
2021, 21 İyun, Bazar ertəsi, Bakı vaxtı 02:34

Prokurorluq 40 milyondan çox kreditin mənimsənildiyini deyir


Azerbaijan -- manat (national currency)
Baş Prokurorluq yeni korrupsiya faktı ilə bağlı məlumat yayıb.

Məlumata görə, «Bank Technique» ASC-dən daxil olmuş material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.İstintaq zamanı «İnteralyans» MMC-nin təsisçisi Cavidan Hacıyevin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə «Transalyans», «Qarant-Ko» MMC və digər şirkətlər yaratmaqla onların adına «Bank Technique» ASC-dən müxtəlif vaxtlarda hissə-hissə 18 milyon 715 min 552 manat, «Meridian Company» MMC-nin təsisçisi və direktoru Rauf Kərimovun eyni üsulla müxtəlif vaxtlarda hissə-hissə 25 milyon 756 min 547 manat məbləğində kredit götürüb mənimsədiklərinə görə, onlara qarşı ittiham irəli sürülüb və barələrində həbs qətimkan tədbiri seçilib.

Araşdırma gedir
XS
SM
MD
LG