Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:39

Anadangəlmə kar qadın 40 yaşında eşitməyə başladı - Video


VİDEO BURDA

Britaniyada anadangəlmə kar olan qadın 40 yaşında ilk dəfə eşitməyə başlayıb.

Hər iki qulağına elektron implantant yerləşdirilmiş qadın tibb bacısının səsini eşitməyə başlayan kimi durmadan ağlamağa başlayır.

“Guardian” qəzeti onun anasının çəkdiyi videonu da saytına yerləşdirib.

Qadının qulaqlarına yerləşdirilmiş implantantlar məsafədən idarə olunan pultla işə salınır.

Qadın sonradan ilk təəssüratlarını bölüşərkən deyib:

“Son 48 saatda insanların necə güldüyünü, quşların civiltisini eşidirəm. Daha dostlarımın mənə müraciət etmələri üçün qoluma toxunub diqqətimi cəlb etmələrinə ehtiyac yoxdur. Bu, kar insanın həyatında ağlagəlməz bir dəyişiklikdir”.

İmplantantların tarixi 1950-ci illərdən başlasa da, son illərdə xeyli təkmilləşdirilib. Amma bu, karlığın yalnız bəzi növlərindən qurtulmağa imkan verir.
XS
SM
MD
LG