Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:13

Beynəlxalq Teatr Günü Azərbaycanda da qeyd edilir


-
Martın 27-si Beynəlxalq Teatr Günüdür (World Theatre Day)

Bu günün keçirilməsi ilə bağlı qərar UNESCO yanında Beynəlxalq Teatr İnstitutunun 1961-ci ildə Vyanada keçirilən konqresində qəbul olunub.

Bu gün bütün dünyada ənənəvi devizlə - “Teatr xalqlar arasında əməkdaşlıq və sülhün qorunması vasitəsidir” devizi ilə keçirilir.

Hər il Beynəlxalq Teatr Günü münasibəti ilə nüfuzlu sənət xadimləri dünya ictimaiyyətinə müraciət edirlər.

Bu ənənənin əsasını qoyan fransalı yazıçı Jan Kokto (1962-ci il) olub.

2014-cü ildə ictimaiyyətə Cənubi Afrikalı dramaturq, rejissor və dizayner Bret Bailey-nin müraciət edəcəyi gözlənilir.

Beynəlxalq Teatr Günü hər il Azərbaycanda da qeyd edilir.

Bakı Uşaq Teatrı “Bir teatr-bir festival” layihəsi çərçivəsində ikinci festivalını məhz bu gün açıb.

“Bizim Teatr” adlandırılan festival Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilati dəstəyi ilə baş tutub.

Festivalın məqsədi hər bir aktyorun diqqət mərkəzində olmasına şərait yaratmaq, onlara öz bacarıqlarını nümayiş etdirmək üçün meydan vermək, Azərbaycanda festival ənənəsinin genişlənməsinə vasitəçi olmaqdır.

Festivalın açılışı Azərbaycan Teatr Xadimləri İttifaqının tamaşa zalında olacaq.

“Bizim Teatr” festivalı çərçivəsində bütün tamaşalar TXİ-nın tamaşa zalının səhnə və foyesində nümayiş etdiriləcək.

Festivala qonaq qismində Türkiyə, İran, Gürcüstanın da teatr kollektivlərinin qatılacağı gözlənilir.

Festival martın 29-dək davam edəcək.

Xatırladaq ki, Azərbaycan teatrının əsasını neçə-neçə ilklərə imza atan böyük maarifçi Həsən bəy Zərdabi qoyub.

Bu gün ölkədə 27 dövlət teatrı fəaliyyət göstərir.

Bu teatrlarda 700-dək aktyor çalışır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG