Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:16

Barack Obamanın mühafizəsini təmin edənlər cəzalandırıldılar


-
ABŞ prezidenti Barack Obamanın mühafizəsini təmin edən məxfi xidmət əməkdaşlarından 3-ü intizam qaydalarını pozduğu üçün Niderlandan Amerikaya yola salınıb.

Məxfi xidmət təmsilçisi 3 əməkdaşın cəzalandırılmasının səbəbləri barədə danışmaqdan imtina edib.

"Washington Post" qəzetinin yazdığına görə, məxfi xidmət əməkdaşları prezident Obamanın Avropaya gəlməyinə bir gün qalmış oteldəki sərxoşluqlarına görə cəzalandırılıblar.

Xüsusi xidmət nümayəndəsinin dediyinə görə, agentlərin bu addımı Obamanın mühafizəsinin təminatı ilə bağlı hər hansı problemlərə səbəb olmayıb.

ABŞ prezidentini müdafiə edən məxfi xidmət əməkdaşları ilə bağlı sərt qaydalar mövcuddur.

Bundan əvvəl buna oxşar hadisə Obamanın Kolumbiya səfəri zamanı baş verib.
Həmin vaxt bir neçə xidmət əməkdaşı Boqote otelində faşiələrlə əylənməkdə təqsirli bilinib.
XS
SM
MD
LG