Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:19

Bayram günlərində ölkədə 91 yol-nəqliyyat hadisəsi baş verib


arxiv foto
arxiv foto
-
Martın 20-dən 26-a qədər ölkə ərazisində 91 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu qəzalar nəticəsində 17 nəfər ölüb, 131 nəfər xəsarət alıb.

Bunu Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev APA-ya açıqlamasında deyib. Şöbə rəisinin sözlərinə görə, qəzaların qarşısının alınması üçün aparılan reydlər zamanı 29 min inzibati xəta faktı aşkar edilib.

“Dövlət yol polisi əməkdaşları sərxoş vəziyyətdə nəqliyyat vasitələrini idarə edən 610 sərxoş sürücü, sürət həddini aşan 11 min, sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə edən 77 nəfər barəsində inzibati protokol tərtib edilib”, deyə Kamran Əliyev bildirib.
XS
SM
MD
LG