Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:37

Böyük 7-lər Rusiyanı iqtisadi sanksiyalarla hədələyib


Böyük 7-lər qrupunun Haaqa sammiti
Böyük 7-lər qrupunun Haaqa sammiti
Əgər Rusiya Krımdan sonra Ukraynada vəziyyəti pozmaqda davam eləsə, iqtisadi sanksiyalarla üzləşəcək.Bunu böyük 7-lər ölkələrinin liderləri bazar ertəsi Haaqa görüşündən sonra bəyan ediblər.

Avropa liderləri Krımın ilhaqının beynəlxalq normalara zidd olduğunu bəyan ediblər.

Onlar həmçinin bildirblər ki, Rusiya kursunu dəyişməyincə, onunla böyük 8-likdə əməkdaşlığı dayandırırlar.

Bu o deməkdir ki, Böyük 8-lər ölkələrinin iyuna nəzərdə tutulan Soçi sammiti olmayacaq.

Böyük 7-lər bunun əvəzində həmin ay Brüsseldə görüşəcək.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov məsələyə münasibət bildirərkən böyük 8-liyi qeyri-formal klub adlandırıb.

Lavrov həmçinin dünən Haaqada Ukraynanın xarici işlər naziri Andrey Deşçitsya ilə görüşüb. Lavrov bir daha bildirib ki, Rusiya Ukrayna qanunlarının dəyişməsini və daha çox regional müxtariyyətə imkan yaradılmasını istəyir.

Qeyd edək ki, Rusiya ordusu demək olar ki, Krımdakı bütün Ukrayna bazalarını nəzarətə götürüb.Ukrayna isə ordusunun Krımdan çıxarılmasını göstəriş verib.

İsveçin xarici işlər naziri Karl Bildt bildirib ki, Rusiyanın Ukraynaya qarşı hansı addımları atacağını demək çətindir.

ATƏT əsasən rusdilli əhalinin yaşadığı Ukraynanın şərqindəki mümkün gərginlik ocaqlarını müşahidə etmək üçün Ukraynaya 50 müşahidəçi göndərib.
XS
SM
MD
LG