Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:02

Rusiya və Ukraynanın xarici işlər nazirləri arasında ilk görüş bitdi - Yenilənib


Foto arxiv
Foto arxiv
Rusiya və Ukrayna xarici işlər nazirlərinin görüşü olub.Sergei Lavrovla Andriy Deshchytsya Haaqada keçirilən Nüvə Təhlükəsialiyi sammiti çərçivəsində görüşüblər.

Lavrov deyib ki, ukraynalı həmkarı ilə “cari məsələləri və Ukraynadakı daxili böhranı aradan qaldırmaq üçün ehtiyac duyulan tədbirləri” müzakirə edib.

Rusiyalı nazir deyib ki, Ukraynada genişmiqyaslı Konstitusiya islahatlarına ehtiyac var və bu, bütün regionların iştirakı ilə həyata keçirilməlidir. Bunsuz “Ukraynadakı dərin daxili böhranı” aradan qaldırmaq mümkün olmayacaq. Lavrov deyib ki, onunla görüş istəmiş ukraynalı həmkarına ümumukrayna səviyyəsində əsl dialoqun baş tutması üçün lazım olan addımlar barədə məsləhətlər verib.

Bu Ukrayna prezidenti Viktor Yanukovychin ötən ay devrilməsindən sonra Ukrayna və Rusiya xarici işlər nazirlərinin ilk görüşüdür.
XS
SM
MD
LG