Keçid linkləri

Təcili xəbərlər
2022, 21 Yanvar, Cümə, Bakı vaxtı 21:12

26-cı məhəllənin sakinləri tələb edir...


Arxiv - foto
-
“Abşeron rayon Telefon Qovşağının rəisi Eyyub İsmayılova 26-cı məhəlləyə telefon xətti çəkilməsi üçün dəfələrlə müraciət etmişik. Neçə ildir ki, müraciətlərimizə baxılmır”.

Abşeron rayonu, 26-cı məhəllənin sakinləri AzadlıqRadiosunun “Qaynar xətt”inə şikayətləniblər. Jalə Sadıqovanın deməsinə görə, mənzillərinə telefon çəkilməsini tələb edirlər. Dəfələrlə rayon Telekommunikasiya Qovşağının rəhbərliyinin adına ərizə yazsalar da, tədbir görülmür.

"DEYİRLƏR EVİNİZ EV DEYİL, QUŞ YUVALARIDIR"

Başqa məhəllə sakini Natavan Soltanova:

“Hələlik sizə on ailə adından müraciət etmişik. Ancaq bu ərazidə yaşayan yüzlərlə ailə var ki, mənzillərinə telefon çəkdirə bilmirlər. ATS rəhbərliyi ərizələrimizi kənara atır. Deyəndə ki, yuxarılara şiakyət edəcəyik, deyir, hara istəyirsiniz şikayət edin, onsuz da məktublarınız axırda mənim stolumun üstünə gəlir. Deyir, sizin evləriniz ev deyil, hərəniz bir quş yuvası düzəldib içərisinə girmisiniz. Bizi təhqir edir”.

Abşeron Telefon Qovşağından “Qaynar xətt”ə bildiriblər ki, 26-cı məhəllə yeni salınıb. Oradakı tikililər özbaşınadır, sənədləşməyib:

"Ərazi bir yaşayış massivi kimi layihələndirilmədiyindən orada telefon şəbəkəsi fəaliyyət göstərmir. Bütün evlər özbaşına və plansız tikililərdən ibarətdir. Bu səbəbdən də əraziyə telefon xətti çəkilməsi mümkün deyil". Bildirilib ki, gələcəkdə həmin ərazidə şəbəkə qurulması nəzərdə tutulub.

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG