Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:35

Müdafiə Nazirliyi qarşısında intihara cəhd olub


Müdafiə Nazirliyi
Müdafiə Nazirliyi
-
Martın 22-də Müdafiə Nazirliyi qarşısında bir nəfər damarlarını kəsərək intihara cəhd edib.

Səbail rayon polisindən apa-ya verilən məlumata görə, həmin şəxs 42 yaşlı Bakı şəhər sakini, keçmiş hərbçi Alim Əhmədovdur.

Məlumata görə, keçmiş hərbçi ayağındakı şişin müalicəsinə yardım edilməsi üçün müdafiə nazirinin qəbuluna düşmək istəyib. Onu qəbul edən olmadığı üçün damarlarını kəsməklə özünə xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG