Keçid linkləri

2017, 30 Aprel, bazar, Bakı vaxtı 13:11
ABŞ-ın Milli Təhlükəsizlik müşaviri Susan Rice deyib ki, Krımı ilhaq edən Rusiya getdikcə daha çox təcrid olunur. ABŞ Ukraynaya təcavüz edən Rusiyanın bunun bədəlini ödəməsi üçün başlanan beynəlxalq kampaniyanın önündə gedir. S.Rice təmkinli davrandığı və təxribata getmədiyi üçün Ukrayna hökumətinə təşəkkür edib. Onun bildirdiyinə görə, rus qoşunlarının Ukrayna ilə sərhəddəki hərəkətini diqqətlə izləyirlər. Elə bu səbəbdən də ABŞ-ın müdafiə naziri Chuck Hagel martın 20-də rusiyalı həmkarı ilə telefonla danışıb. Rusiyanın bunun hərbi təlim olduğunu deməsini xatırladan Rice qeyd edib ki, “onların əvvəllər nə demələri ilə nə etmələri arasındakı təzadı gördüyümüz üçün qoşunların bu hərəkərini şübhə ilə izləyirik”.

Günün bütün mövzuları

XS
SM
MD
LG