Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:38

Rusiyada müxbir üzvlər də akademik ola bilər


-
“İzvestiya” qəzetinin xəbərinə görə, Rusiya Elmlər Akademiyasının (RAN) 200-dən çox üzvü prezident V. Putinə məktubla üz tutub. Onlar dövlət başçısından “akademiyanın müxbir üzvü” adının ləğvini, belə alimlərin birbaşa akademik olmasını istəyiblər.

Rusiya hökuməti bu təklifə etiraz etmir, amma məsələyə akademiyanın özündə qərar verilməsini daha doğru yol sayır. Problem burasındadır ki, “RAN”ın prezidenti V. Fortov sözügedən təklifə qarşı çıxır. Məktub müəlliflərindən biri – akademik Y. Velixov məhz bu səbəbdən V.Putin-ə müraciət etmək məcburiyyətində qaldıqlarını bildirir. Məsələ martın 27-də “RAN” rəhbərliyində yenidən dartışılacaq.

Məktub müəllifləri akademiyada birpilləli ada keçməklə nisbətən cavan müxbir üzvlərin yaşlı akademiklərdən asılılığını minimuma endirməyi və çağauyğun alimlərin rəhbər pillələrə irəli çəkilməsini sürətləndirmək istəyirlər.
XS
SM
MD
LG