Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:21

Erdoğan partiyasının reklamına qadağa qoyuldu


Recep Tayyip Erdoğan
Recep Tayyip Erdoğan
-
Türkiyənin seçki rəsmiləri Ədalət və İnkişaf Partiyasının (AKP) hazırladığı reklam çarxına qadağa qoyub.

Buna dövlət atributlarından doğru istifadə edilməməsi səbəb göstərilir. Reklam çarxında Türkiyə bayrağı və İstiqlal marşı yer alır. Reklamda dua edən bir nəfər də təsvir edilib. Türkiyə seçki qanunlarına əsasən, siyasi kampaniyalarda bayraqdan və dini simvollardan istifadə etmək olmaz.

Türkiyə mediası baş nazir Recep Tayyip Erdoğan-ın bir sitatını önə çəkib:

«Biz də bunu qadağan edərik. Biz bu qadağanı qadağan edəcəyik».

Martın 30-da Türkiyədə bələdiyyə seçkiləridir.
XS
SM
MD
LG