Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:36

Rusiya Dumasının Rusiya-Krım razılaşmasını ratifikasiya edəcəyi gözlənilir


Sergei Naryshkin və Vladimir Konstantinov
Sergei Naryshkin və Vladimir Konstantinov
Rusiya Dövlət Dumasınn bu gün Krımn Rusiyaya birləşdirilməsi ilə bağlı müqaviləni ratifikasiya edəcəyi gözlənilir.

Qeyd edək ki, Ukrayna, ABŞ və digər qərb ölkələri bunun qanunsuz olduğunu bəyan ediblər.

BMT-nin baş katibi Ban Ki Moon isə Moskvada Rusiya rəhbərliyi ilə yaranmış problemi müzakirə edir.Onun Moskvadan Kiyevə yollanacağı gözlənilir.

Rusiya artıq çərşənbə günündən krımlılara Rusiya pasportu verməyə başlayıb.

Ukrayna hökuməti isə Sevastopolda 2 hərbi bazasına edilmiş hücumdan sonra Krımdakı hərbi birləşmələrinin çıxarılmasını göstəriş verib.
XS
SM
MD
LG