Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 14:44

Metronun “Neftçilər” stansiyasında keçirilən aksiya sona çatıb


Martın 19-da metronun “Neftçilər” stansiyasında keçirilən aksiya sona çatıb.

Aksiyaçılardan biri Naminə Rzayeva AzadlıqRadiosuna bildirib ki, Bakı Metropoliteninin rəhbərliyi ticarət köşkləri açılanda pul ödəyən şəxslərə 200 manat verib. “Dedilər bu məbləğə ya qane olun, ya da olmayın. Bundan artıq pul verilməyəcək. Ancaq biz həmin köşkləri açanda 1100-1300 manat pul sərf eləmişdik”.

Aksiyaçıların bir qismi Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edəcəklərini bildiriblər.
XS
SM
MD
LG