Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:44

Yaz Azərbaycana martın 20-si saat 20:57-də girəcək


-
Yaz Azərbaycana martın 20-si Bakı vaxtı ilə təxminən saat 20:57 radələrində qədəm qoyacaq.

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyevə istinadən yaydığı xəbərə görə, 2014-cü ildə Azərbaycan ərazisində baharın gəlişi martın 20-si Bakı vaxtı ilə təxminən saat 20:57 radələrində baş verəcək.

Əyyub Quliyevin sözlərinə görə, martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək.

Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq.

Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” deyilir.

Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq.
Həmin andan başlayaraq, şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyun ayının 21-nə qədər davam edir.
XS
SM
MD
LG