Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 00:37

Joe Biden Avropaya səfərə başlayır


-
ABŞ vitse-prezidenti Joe Biden çərşənbə axşamı Varşavaya gedir. O, Ukrayna böhranını müzakirə etmək üçün Polşa və Litvaya 2 günlük səfərə çıxır.

Bazar ertəsi Vaşinqtondan çıxmış Biden Polşanın baş naziri Donald Tusk, Polşa prezidenti Bronislaw Komorowski ilə görüşəcək.

O, Varşavada Estoniya prezidenti Toomas Hendrik Ilves ilə ayrıca görüş də keçirəcək.

Vilnüsda isə Biden Litva prezidenti Dalia Grybauskaite və Latviya prezidenti Andris Berzins-lə görüşməlidir.

NATO müttəfiqləri ilə görüşlər ABŞ-ın Ukraynaya dair geniş kampaniyasının bir hissəsidir. Məqsəd Rusiya Prezidenti Vladimir Putini Ukraynaya müdaxilədən çəkindirməkdir.

Latviya və Estoniya Rusiya ilə həmsərhəddir.
XS
SM
MD
LG