Keçid linkləri

Təcili xəbərlər
2020, 04 Dekabr, Cümə, Bakı vaxtı 19:07

Bakı Slavyan Universitetinə rektor təyin edildi


-
Martın 17-də prezident İlham Əliyev Bakı Slavyan Universitetinin prorektoru Asif Hacıyevi bu universitetin rektoru təyin edib.

Bakı Slavyan Universitetinin rektoru postu fevralın 28-dən vakant idi. Həmin gün dövlət başçısı Kamal Abdullanı rektor vəzifəsindən azad edərək Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri təyin edib.

Asif Hacıyev 1960-cı ildə Gürcüstanda anadan olub. Yeni təyinata qədər o, Bakı Slavyan Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsində çalışıb.
XS
SM
MD
LG