Keçid linkləri

Təcili xəbərlər
2021, 14 İyun, Bazar ertəsi, Bakı vaxtı 23:23

ABŞ Liviyadan qanunsuz neft aparan tankeri saxlayıb


Foto arxiv
ABŞ-ın hərbi-dəniz qüvvələri Liviyanın As Sidra limanından neft aparan neft tankerini nəzarətə götürüb.

Tanker ötən gecə Aralıq dənizində ,Kipr sahillərinin yaxınlığılnda saxlanıb.Dövlət Departamentinin məlumatına görə, əməliyyat zamanı xəsarət alan olmayıb.

Tanker Liviya və Kipr hökumətlərinin xahişi ilə saxlanıb və qərar prezident Barack Obama tərəfindən təsdiqlənib.

Bir qrup yaraqlı martın əvvəllərində Şimali Koreya bayrağı altında üzən gəmini saxlayaraq həmin limandakı terminaldan ona qanunsuz neft yükləyiblər.
XS
SM
MD
LG