Keçid linkləri

2017, 24 Aprel, Bazar ertəsi, Bakı vaxtı 21:34
-
Qərb bölgəsində əsən güclü külək Gədəbəy rayonunda 2 minə yaxın evi işıqsız qoyub.

Gədəbəy rayon Elektrik İdarəsindən verilən məlumata görə, martın 17-də səhər saatlarında əsən güclü külək Yasamal aşırımında rayona gedən elektrik dirəyini aşırıb. Nəticədə Şəmkirlə Gədəbəy arasındakı 35 kV-lıq elektrik naqili qırılıb və rayon enerjisiz qalıb.

Gədəbəyin mərkəzi də daxil olmaqla rayonda təxminən 2 min ev elektriksiz qalıb. Hazırda təmir işləri aparılır.

Küləyə görə Şəmkirdə də enerjinin verilməsində fasilələr yaranıb.

Gəncə şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, külək əsasən dağlıq rayonlara təsir edib. Gəncədə heç bir fəsad yaranmayıb.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG