Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 00:37

“İsmayıllı işi” ilə bağlı məhkəmə prosesində hökm oxuna bilər


Məhkəmə binasının önü
Məhkəmə binasının önü
-
Martın 17-də Şəki Ağır Cinayətlər Məhkəməsində “İsmayıllı işi” ilə bağlı proses başlayıb. Təqsirləndirilənlərə hökm oxunacağı gözlənilir.

Prosesdə ABŞ, Fransa, Böyük Britaniya, İsveç səfirliklərinin, Avropa İttifaqının Azərbaycandakı nümayəndələri iştirak edirlər.

Prosesin keçirildiyi məhkəmə binası qarşısında 200-dən çox adam toplaşıb.

Ötən il yanvarın 23-24-də İsmayıllıda icra başçısının istefası ilə nəticələnən iğtişaşlara görə 18 nəfər saxlanıb.Onlar ictimai asaişi pozmaq və hakimiyyət nümayəndələrinə qarşı zor işlətməkdə ittiham olunurlar.

Müdafiə tərəfi ittihamları rədd edir, həbslərin siyasi motivli olduğunu deyirlər.
XS
SM
MD
LG