Keçid linkləri

Təcili xəbərlər
2021, 16 İyun, çərşənbə, Bakı vaxtı 19:31

Səhər oyanır və görür ki, şimpanze kimi qapqara tükün içindədir...


-

“Şəhərcik” yazıçı Azad Qaradərəlinin sayca üçüncü romanıdır.

Müəllif əsərdə insanın özünün, onun yaşadığı şəhərin, ölkənin get-gedə kiçildiyini, əsl insani bağların daraldığını önə çəkir.

Bu mühitdə insanlar bir göz qırpımında heyvani şəklə düşür, zahiri görünüşünün arxasında min bir oyundan çıxır.

Əsərin həm qorxunc, həm də düşündürücü süjet xətti var: bir gün romanın qəhrəmanı olan Ağaquliyev səhər oyanır və görür ki, şimpanze kimi qapqara qılın, tükün içindədir...

Elə bütün qeyri-adi, inanılmaz hadisələr də bundan sonra baş verir.

Şərhlər (2)

Bu forum dayandırılıb
XS
SM
MD
LG